ŞOK İDDİA: Gördüyünüz şəxs Putin deyil:

Tehranda təşkil edilən “Astana zirvəsi” ilə bağlı şok iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, ukraynalı General-mayor Kirilo Budanovun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin Tehrana oxşarını göndərib. Budanov Ukraynanın “1+1” televiziyasına açıqlamasında “Putinin təyyarədən düşməsinə baxın. O Putindir?” deyə sual edib. Ukrayna kəşfiyyatı da oxşar iddia ortaya atıb. Bildirilir ki, Rusiyanın təyyarəsi Tehrana enəndən sonra Putinin oxşarı kameralar qarşısında çox qalmamaq üçün qırmızı xalçada sürətlə addımlayaraq avtomobilinə əyləşib.

Ukrayna tərəfinin digər iddiasına görə, Putin Tehrana oxşarı ilə birgə gəlib. Rəsmi görüşlərdə Putinin özünün iştirak etdiyi bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR