Yaponiyada vulkan fəallaşdı -

Yaponiyanın Sakurajima yanardağında partlayışlar baş verib.

Metbuat.az xəbər verir ki, vulkan ətrafa kül və qaya parçaları püskürüb. Partlayış nəticəsində vulkan daşları 2,5 kilometr məsafəyə düşüb. Yerli dairələr təhlükə səbəbilə onlarla insanı təxliyə edib. Fəsadlar barədə məlumat olmasa da, rəsmi dairələr vulkana yaxın ərazilərdə məskunlaşan bütün əhalinin köçürülməsi barədə çağırış edib.

Vulkan üçün elan edilən təhlükə səviyyəsi 3-dən 5-ə çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR