Odessanın bombalanması İstanbul sazişinə təsir etməyəcək -

“Odessadakı hücumlar hərbi obyektləri hədəfə aldı, taxıl ixracına təsir etməyəcək”.

Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, hücumun təhlükəsizlik dəhlizinə təsiri olmayacaq. Peskov tərəfləri İstanbulda imzalanan sənədə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb:

“Taxıl ixracına yönəlik mexanizmin başlamasını gözləyirik. İstanbuldakı sazişin nəticələrinə görə, Rusiyaya tətbiq edilən sanksiyaların ləğv edilməsi barədə BMT üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR