"EnterpriseAzerbaijan" ABŞ universiteti ilə Anlaşma Memorandumu imzalayıb -

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan "Enterprise Azerbaijan" portalı ABŞ-ın Nevado Universitetinin Özmen Sahibkarlıq Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə Metbuat.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, tərəflər “StartUp School” yaradılması, potensial investorların tapılmasına dəstək göstərilməsi, akselerasiya mərkəzlərinin təşviqi, Azərbaycandan seçilmiş startapların Nevado Universitetində təcrübə keçmələrinə yardım, xarici ekosistemə uyğun gələn bütün startapların məlumatlandırılması və investisiya imkanlarının araşdırılması, birgə tədbirlərin təşkil edilməsi, o cümlədən, Özmen Mərkəzinin ekspertlərinin yerli və beynəlxalq tədbirlər zamanı həm mentor, həm də mühazirəçi kimi iştirakı üzrə əməkdaşlıq edəcəklər.

Daha sonra silsilə tədbirlər çərçivəsində "EnterpriseAzerbaijan"ın təşkilatçılığı ilə Nevado Universiteti, “Barbara Smith Campbell”in iqtisadiyyat üzrə professoru, Beynəlxalq Biznes Proqramları direktoru Mehmet Serkan Tosun "Enterprise Azerbaijan" və digər inkubasiya mərkəzlərinin startapçıları üçün “Sahibkarlığa dəstək üçün startapların inkişaf etdirilməsi” mövzusunda master-klass keçirib.

Təlimdə "Enterprise Azerbaijan" və "Sabah.lab" Akselerasiya Mərkəzinin müxtəlif yerli və beynəlxalq yarışlarda uğur qazanmış startapları təqdim olunub. Eyni zamanda, gənc startapçılar M.Tosunun dəyərli fikirlərini dinləmək və öz startaplarını beynəlxalq səviyyədə tanıtmaq şansı əldə ediblər. M.Tosun gənclərə öz tövsiyələrini verib və startapdan sahibkarlığa gedən yolda onların hər birinə uğurlar arzu edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR