Əməkhaqqı fondunda daha 15 faiz artım baş verib

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əməkhaqqı fondu daha 15 faiz artıb.

Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu artımı qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks sosial-iqtisadi tədbirlərin müsbət nəticələri, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması şərtləndirib.

Qeyd olunan pozitiv proseslər ümumilikdə son 4 ildə illik əməkhaqqı fondunun 2,2 dəfə və ya 8 milyard manat artması ilə nəticələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR