AGİN-in yaranmasının ildönümü münasibətilə Heydər Əliyevin məzarı ziyarət olunub -

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) yaranmasının 28-ci ildönümü münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub.

Nazirliyin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, nazir Fərid Qayıbov və AGİN-in digər əməkdaşları məzarın qarşısına əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarları ziyarət olunub, əbədi məşəl abidəsi önünə əklil qoyulub.

Nazirliyin əməkdaşları əlamətdar gündə “Ümid yeri” uşaq sığınacağını və ahıl şəxslər üçün sosial xidmət müəssisəsini də ziyarət ediblər. Hər iki sosial yönümlü mərkəzin sakinləri ilə görüş zamanı onlara nazirliyin hədiyyələri təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR