Ukrayna ordusu daha bir qəsəbəni azad etdi

Ukrayna ordusu Zaporojye əyalətinin Andreyevka qəsəbəsini ruslardan azad edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Bildirilir ki, rusların vilayətdəki müdafiə xətti dağıdılıb. Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki ruslara məxus hərbi düşərgələr məhv edilib.

Rusiya ordusu əks hücumlarla itirdikləri mövqeləri yenidən işğal etməyə cəhd etsələr də, geri çəkilməyə məcbur olublar. Hücumlar zamanı ruslar itkilər veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR