Abşeron sakini bıçaqla hədələnərək 5800 manat pulu aparılıb

Abşeron rayon sakini bıçaqla hədələnərək avtomobildən 5800 manat pulu aparılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də 28 May qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Rüstəmovu xuliqanlıq zəminində bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırmaqda və avtomobildən 5800 manat pulunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı, əvvəllər məhkum olunmuş N.Rəhmanov saxlanılıblar.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR