Pandemiyadan zərər çəkmiş sahibkarlara 292 mln. manat zəmanət verilib -

2020-ci ilin birinci yarısından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

Metbuat.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "Twitter" platformasında yazıb.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. manat subsidiya ödənilib",- deyə nazir əlavə edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR