Azərbaycanda məktəblər pandemiyaya görə bağlanacaq? -

"Bizim iki il ərzində kifayət qədər tərcübəmiz var. Biz təhsilə gec başlasaq da, heç vaxt sistemi bağlamamışıq. Ötən il dərslər gec başlasa da, sonradan bunu kompensasiya etdik".

Metbuat.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.

Nazir əlavə edib ki, ötən il təhsil ümumilikdə bağlanmadı və ayrı-ayrı məktəblərdə bu tətbiq edildi: "Payız aylarında yoluxma sayları arta bilər. Bu, ayrı-ayrı məktəb və siniflərin fəaliyyətini məhdudlaşdıra bilər. Amma tamamilə 2020-ci ildəki kimi bağlanmasına çox az ehtimal var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR