Rusiya Paris Olimpiyadasında çıxış edəcək?

Rusiyanın bir çox idman oyunlarından sanksiyaya məruz qalmasına baxmayaraq, öz idmançılarının 2024-cü ildə Paris Olimpiadasında yarışmasını təmin etmək istəyir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bildirib ki, ölkə idmançılarının təsnifat yarışlarına çıxışı üçün çalışır.

Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsinə əsasən, fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsindən bəri əksər olimpiya oyunları Rusiya və Belarus idmançılarına sanksiya tətbiq edib.

Bununla belə, olimpiya oyunlarına Rusiya komandalarının daxil olmasını təmin edən Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırılmayıb.

“Düz iki ildən sonra Parisdə Olimpiya Oyunları başlayır. Bütün şərtlərə baxmayaraq, Rusiya Olimpiya Komitəsi Olimpiya hərəkatının tamhüquqlu iştirakçısıdır”, - Pozdnyakov qeyd edib.

İdman federasiyaları beynəlxalq tədbirlərdə yarışan Rusiya idmançılarına qoyulan qadağaları aradan qaldırsa, bu, Ukraynanın boykot etməsinə səbəb ola bilər.

Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası Rusiya komandasına bayraq və himni olmadan neytral idmançı kimi yarışmağa davam etməyə icazə verib. Buna cavab olaraq isə, Ukrayna iştirakdan imtina etdi. Rusiya yığmasında iştirak edən 24 idmançıdan 11-nin hərbçi olduğu da xüsusilə qeyd edildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR