Prokurorluq Balakəndə qadının qətli barədə məlumat yayıb

Balakəndə birgə yaşadığı qadını qətlə yetirən şəxs barəsində cinayət işi başlanıb.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluq bildirilib ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR