“Vest Hem” klubu İtaliya millisinin futbolçusunu transfer etdi

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, London təmsilçisi “Sassulo”nun hücumçusu Canluka Skamakkanı transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb. “Vest Hem”in 23 yaşlı forvard üçün 46+6 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Canluka ötən mövsüm "Sassuolo"nun heyətində bütün turnirlərdə 38 oyuna 16 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR