Səfir: "Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq" -

"Tezliklə Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq".

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.

"Bu mina aşkarlayan idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək", - C.Şarp paylaşımında qeyd edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR