Dinamo”sunun baş məşqçisi: "Fənərbaxça"dan belə hərəkət gözləməzdim"

Xəbər verdiyimiz kimi, "Dinamo Kiyev"in "Fənərbaxça"ilə 1:0 hesablı qələbəsi zamanı rəqib azarkeşlər tribunadan "Vladimir Putin" şüarları səsləndirilib. Bu səbəbdən baş məşqçisi Mirça Luçesku oyundan sonra mətbuat konfransına qatılmayıb.

Metbuat.az xəbər verir ki, o kanalların birində qısa müsahibəsində bu haldan narazı qaldığını deyib:

“Biz nə qədər qayda pozduq? Planımız daxilində qazandıq. Amma “Fənərbaxça” azarkeşlərindən belə hərəkət gözləməzdim".

"Dinamo"nun qolundan sonra "Fənərbaxça" azarkeşləri "Putin"i səslədilər - VİDEO

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR