Neymar transferi ilə bağlı şok detallar üzə çıxdı -

PSJ klubunun futbolçusu Neymar məhkəmə qarşısına çıxacaq.

Metbuat.az xəbər verir ki, Neymar "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş Braziliyanın DIS şirkəti futbolçuya qarşı iddia qaldırıb. İddialara görə, Neymar “Barselona”ya transfer olarkən saxtakarlığa yol verib. Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasını nəzərə almayaraq, qanunsuz olaraq "Barselona" ilə iki saxta müqavilə imzalayıb.

Prokurorluq iki il, şirkət isə Neymarın 5 il həbsini və 10 milyon avro cərimə olunmasını tələb edir. Şirkət “Barselona”dan isə 150 milyon avro təzminat tələb edir. İttiham edilənlər arasında "Barselona"nın sabiq prezidentləri Sandro Rosel və Xosep Maria Bartomeu da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR