İranın neft "proqnoz"u

İranın neft "proqnoz"u
11:47 19 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Prezident Administrasiyası növbəti maliyyə ilinin büdcə layihəsinə düzəlişlər edib
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın iqtisadiyyat və maliyyə naziri Əli Tayibniyyə deyib.

Xatırladaq ki, İranda yeni maliyyə ili 2015-ci ilin mart ayında başlayır.

2014-cü ilin dekabr ayında parlamentə təqdim olunan bundan əvvəlki büdcə layihəsində neftin baza qiyməti 72 dollardan götürüldüyü halda, yeni sənəddə bu rəqəm 40 dollardır.

“Neftin qiymətinin düşməsi bizi sarsıtmayacaq və biz bu prosesi üstünlüyə çevirmək niyyətindəyik”, - deyə nazir bildirib.

Nazir həmçinin etiraf edib ki, neftin qiymətini nəzərə alaraq büdcə xərclərini balanslaşdırmaq üçün İran hökuməti bir sıra iqtisadi layihələri dayandırmaq və sosial xərcləri azaltmaq məcburiyyətində olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR