Azərbaycandakı bəbirlərin sayı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda məskunlaşan bəbirlərin sayını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir “Euobserver” internet-qəzetə müsahibəsində danışıb.

“Yollar və şəhər tikintiləri heyvanların keçmişdə olduğu kimi yaşayış yerləri arasında hərəkət etməsinə mane olur. Bu problemlər Qafqaz bəbirinin populyasiyasına çox təsir edib, lakin tərəfdaşlarımızla yenidən həyata keçirilən Milli Fəaliyyət Planı sayəsində bəbir populyasiyası hazırda 10 civarında baş təşkil edir. Ceyran və bəbirlə yanaşı qonur ayı, şah qartalı və canavar da var”, - ekologiya naziri vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR