Kriptovalyuta bazarından nə xəbər?

Son 24 saatda kriptovalyuta bazarında 7.3%-lik bahalaşma müşahidə olunur.

Metbuat.az kriptovalyuta bazarını təhlil edən “CoinGecko” platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 8% artaraq 23 min ABŞ dollar olub.

Ötən ilin noyabr ayında təxminən 69 min dollar olan "Bitcoin" qlobal bazarlarda dəyərinin üçdə ikisini itirərək 2020-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb. "Bloomberg"in apardığı sorğuya görə, "Bitcoin"in cari dəyərinin 50%-ni itirərək 10 min dollara çatma ehtimalı daha yüksəkdir.

Bundan başqa, "Ethereum"un qiyməti də son bir sutkada 11.4% artaraq 1. 631 min ABŞ dollarına qalxıb. Son 1 həftədə müşahidə olunan bahalaşma isə 6.5%-dir.

Beləliklə, kriptovalyuta bazarının toplam dəyəri 1,1 trilyon ABŞ dollarıdır.

"CoinGecko"nun Bakı vaxtı ilə saat 15:45-ə olan məlumatları aşağıdakı kimidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR