Bakıda sürücü qadın sərnişinləri təhqir etdi:

"Facebook"da istifadəçilərdən birinin 57 nömrəli avtobus sürücüsü barədə paylaşımı ciddi müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, istifadəçi bildirib ki, 57 nömrəli avtobusun sürücüsü dayanacaqda avtobusdan düşən xanımların geyiminə qarşı sərt reaksiya verib. Hadisəni feysbukda yazan xanım istifadəçi Bakı Nəqliyyat Agentliyini taq edərək narazılığını bildirib:

"14:05-də, 57 nömrəli marşrut avtobusu Bakıxanov rayonu, "Bizim market"in önündə dayandı (orada dayanmaq qadağandır) və həmin avtobusdan bir neçə nəfər xanım düşdü. Onların birinin ardınca tərbiyəsiz(!) sürücü hamının içində eşidiləcək şəkildə dedi ki, "Elə bil balaca bacısının paltarını geyinib!". Bunu 2 dəfə təkrar etdi. Avtobusda da bir qadın və mən buna etiraz etdik. Sürücü isə "yaxşı edirəm! Mənim bacım belə geyinmir! Gedin kimə şikayət edirsinizsə, edin!" dedi.

Hər şey bu qədər rahatdır?! Kimin nə geyinib-geyinməməyinin sürücülərə nə dəxli var?! Kim bu haqqı onlara verib?".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, 57 nömrəli avtobus "Azlənd-Plaza" MMC-nin istismarındadır. Hadisə barədə artıq müvafiq araşdırma başlayıb:

"57 və Bakı şəhərində fəaliyyət göstərən bütün digər müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları ayrı-ayrı daşıyıcı şirkətlər yerinə yetirir. Sürücülər də daşıyıcılar tərəfindən qəbul olunur və həmin şirkətin əməkdaşlarıdır. 57 nömrəli müntəzəm marşrut xətti "Azlənd-Plaza" MMC-nin istismarındadır. Məsələ nəzarətə götürülüb və müvafiq araşdırma aparılır. "Azlənd-Plaza"-nın məsul şəxsləri də Agentliyə çağırılıb. Sizdən xahişimiz əgər xatırlayırsınızsa, avtobusun DQN-nı və ya üzərində olan eyniləşdirmə nömrəsini qeyd edəsiniz", - deyə cavab verib.

Həmin paylaşımı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR