Hindistanda 30 şagirdi bir şprislə peyvənd edən səhiyyə işçisinə

Hindistanda 30 şagirdi bir şprislə peyvənd edən səhiyyə işçisinə cinayət işi açılıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, hadisə Hndistanın Saqar rayonunda uşaqlara Covid-19 peyvəndi vurulan məktəbdə baş verib.

Belə ki, uşaqları peyvənd edən Jitendra Rai səhiyyə departamenti tərəfindən ona yalnız bir şpris verildiyini və sadəcə əmrləri yerinə yetirdiyini bildirib.

Valideynlər isə problemi görüb məktəb rəhbərliyinə məlumat veriblər. Dövlət rəsmiləri məktəbə çatanda həkim artıq məktəbdə yox idi. Dövlətin səhiyyə idarəsi ona qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi açıb. Həmçinin peyvənd üçün avadanlıqların göndərilməsinə cavabdeh olan məmura qarşı da araşdırma başlanılıb.

Hindistanın Səhiyyə Nazirliyi Covid-19 vaksinləri üçün "bir iynə, bir şpris, yalnız bir dəfə" protokolunu mandat edir. Hindistanda İİV kimi ölümcül xəstəliklərin yayılmasının qarşısını almaq üçün birdəfəlik istifadə olunan şprislərdən geniş istifadə olunur. Bununla belə, keçmişdə avadanlıq çatışmazlığı səbəbindən xəstəxanalarda bir şprisin təkrar istifadə edildiyi hadisələr də baş verib.

Qeyd edək ki, Hindistan Çindən sonra iki milyardlıq Covid vaksinasiyası etdirən ikinci ölkədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR