Mikayıl Cabbarovun neçə vəzifəsi var? -

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə bəlkə də ən çox vəzifəsi olan nazirdir.

Metbuat.az xəbər verir ki, Cabbarov 10-dan çox vəzifədə fəaliyyət göstərir. Onlardan bir neçəsini təqdim edirik:

Mikayıl Cabbarov 2019-cu ilin 23 oktyabr tarixindən Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.

2017-ci ildə o, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri seçilib.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədr müavini, İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın isə həmsədri təyin edilib.

2021-ci il, 4 yanvar tarixində dövlət başçısının Sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri təyin edilib.

Mikayıl Cabbarov həmçinin ötən ilin 23 yanvarında Prezidentin Sərəncamı ilə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

2021-ci ildən isə Azərbaycan Güləş Federasiyasının prezidentidir.

2022-ci il, 7 iyul tarixində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri, ötən gün isə iqtisadiyyat naziri Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri təyin edilib.

Qeyd edək ki, M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

1997–1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR