Sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat ödənilib

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həminsosial təminat növləriüzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR