Xaçmazda qardaşlar həmkəndlilərini döyüb havaya atəş açdı

Xaçmazda qardaşlar həmkəndlilərini döyüb, havaya atəş açıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinə iyulun 28-də saat 18 radələrində Xanlıqoba kəndi ərazisində 2 nəfərin xuliqanlıq zəminində kənd sakini F.Nəcəfovu döymələri və tüfəngdən havaya atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakini Z.Rüstəmov və qardaşı A.Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Z.Rüstəmovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR