Zelenski taxılın yükləndiyi limana getdi:

Ukrayna Prezidenti Vladimir Zelenski ilk taxıl gəmisinə yükləməni müşahidə etmək üçün limana gedib.

Metbuat.az xəbər verir ki, Zelenski yükləmə işləri ilə yaxından maraqlanıb. Zelenski bildirib ki, Ukrayna taxıl ixracına hazırdır və ixracın başlaması üçün Türkiyə və BMT-dən xəbər gözləyirlər.

Qeyd edək ki, İstanbuldakı taxıl sazişinin şərtlərinə uyğun olaraq Odessa, Qara dəniz və "Cənub" limanlarının işi bərpa edilib. Limanlar vasitəsilə qısa müddət ərzində 25 milyon ton taxılın daşınması nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR