Rusiya Ukraynaya göndərməyə hərbçi tapmır -

Rusiya “Vaqner” qrupunun döyüşçülərini Ukraynanın şərqindəki cəbhələrə yerləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, muzdlu döyüşçülər bir neçə həftədir Rusiya ordusu ilə koordinasiyalı şəkildə hərəkət edir. İddia edilir ki, Rusiya, quru qüvvələri baxımından Ukraynada çətinliklə üzləşdiyi üçün belə həmlə edib.

Məlumatda bildirilir ki, muzdlu döyüşçülərin müharibənin gedişatına təsir edəcəyi gözlənilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR