"Əl-Cümhuriyyət" qəzetində "Azərbaycan "Qara yanvar xatirəsi"ni yad edir" adlı məqalə dərc edilib

"Əl-Cümhuriyyət" qəzetində "Azərbaycan "Qara yanvar xatirəsi"ni yad edir" adlı məqalə dərc edilib
11:48 19 Yanvar 2015
85 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Livanın “əl-Cümhuriyyət” qəzetinin 17 yanvar 2015-ci il tarixli buraxılışında “Azərbaycan “Qara yanvar xatirəsi”ni yad edir” adlı məqalə dərc edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə Sovet qoşunlarının 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinə yeridilməsi, uşaq, qadın və qocaların da olduğu yüzlərlə günahsız dinc əhalinin qətlə yetirilməsi, bu faciənin törədilməsinə Nobel mükafatına layiq görülmüş keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən qərar verildiyi öz əksini tapıb.

Məqalədə, həmçinin hadisədən dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək Sovet ordusunun bu hərəkətlərini pisləməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət hadisəsini törədənlərin cəzalandırılmasını tələb etməsi öz əksini tapıb.

Bu hadisənin Azərbaycanın müstəqillik yolunda mühüm yer tutduğu qeyd edilərək, ölkəmizin 1991-ci ildə müstəqillik əldə etdiyi, hazırda dünya siyasətində özünəməxsus yer tutduğu və bir çox beynəlxalq təşkilatların üzvü olduğu vurğulanıb. Həmçinin, Azərbaycanın dünya ölkələri ilə, o cümlədən ərəb dövlətləri ilə yüksək əməkdaşlığa malik olduğu bildirilir.

Məqalədə, eləcə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 1994-cü ildə bu faciəyə siyasi və hüquqi qiymət verildiyi öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR