79 dəqiqə oynadı: 28 milyona Avropa nəhənginə keçdi -

“Bavariya” klubuna transfer olan Fransanın “Renn” klubunun ən gənc futbolçusu Metys Tel barəsində maraqlı statistika məlum olub.

Metbuat.az xəbər verir ki, Fransanın aşağı yaş qruplarında 15 oyuna çıxan 17 yaşlı futbolçu 10 qola imza atıb. Maraqlısı budur ki, o peşəkar futbolçu kimi 3 oyunda cəmi 79 dəqiqə forma geyinib.

“Bavariya”, ulduz olmağa namizəd olan hücumçu üçün 20 milyon üstəgəl 8.5 milyon avro bonus şəklində ödəyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR