Serblər Kosovonun şimalında barrikada qurmağa başladı

Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb.

Televiziya xəbər verir ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.

Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR