Ukrayna taxılını daşıyan ilk gəmi yola düşüb

Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.

Metbuat.az “CNN Türk”ə istinadən xəəbər verir ki, “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.

Qeyd edək ki, Rusiya Qara dənizdə Ukraynaya məxsus limanları mühasirədə saxlayır. Taxıl dolu gəmilər isə ünvanına çata bilmir. Bu da dünyada ərzaq məhsullarının qiymətinn bahalaşmasına təsir göstərən amillərdən sayılır.

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstanbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, artıq taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR