Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçıları görüşəcək - Tarix bəlli oldu

Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün tarixi məlum olub.

Metbuat.az Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş avqustun 2-də baş tutacaq.

Özbəkistanın paytaxtı Daşkənd isə görüşə ev sahibliyi edəcək.

Bu üçtərəfli mexanizm çərçivəsində Xəzərdən keçən Şərq-Qərb dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəmində olan məsələlərdə koordinasiya və əməkdaşlığın artırılması müzakirə olunacaq.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR