Bütün F-35 təyyarələrinin uçuşu dayandırıldı

ABŞ-ın Hava Qüvvələri bütün F-35-lərin uçuşunu dayandırıb.

Metbuat.az xəbər verir ki, buna səbəb təyyarənin katapult sistemində problemin olmasıdır. Məlumata görə, katapult təcili vəziyyətlərdə istənilən kimi işləmir. Bildirilir ki, təyyarələr yenidən test ediləcək. Sistemin dəyişdiriləcəyi gözlənilir.

Qeyd edək ki, F-35 təyyarələrində katapult sistemini “Martin-Baker” adlı şirkət hazırlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR