Türkiyə açar rolunu oynadı -

NATO-nun baş katibi Yens Stoltenberq taxıl böhranının həll edilməsindəki roluna görə Türkiyəyə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, Stoltenberqin sözlərinə görə, Türkiyə bu məsələdə önəmli rol oyanyıb. “Müttəfiqimiz Türkiyəyə oynadığı açar roluna görə təşəkkür edirəm” deyə Stoltenberq sosial media hesabında yazıb.

Qeyd edək ki, Ukraynanın Odessa limanından ilk taxıl gəmisi təhlükəsiz şəkildə üzməyə başlayıb. Gəmi Livan istiqamətində üzür. Gəmi Türkiyə sahillərində yoxlamadan keçəndən sonra Livan istiqamətində irəliləyəcək. Razılaşmaya əsasən İstanbuldakı birgə koordinasiya mərkəzində gəmidə silahların olub-olmadığı yoxlanılmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR