İran: "Atom bombası əldə etmək üçün hər cür imkanımız var"

"Atom bombası əldə etmək üçün İranın bütün imkanları var, ancaq bu, hazırda proqramımızda yoxdur".

Metbuat.az İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin vitse-prezidenti və Atom Enerjisi üzrə Təşkilatın sədri Məhəmməd İslami deyib.

O, İranın nüvə silahı yaratmağa cəhd göstərməsi ilə bağlı xəbərləri uydurma adlandırıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR