Mikayıl Cabbarov bir sıra Özbəkistanda görüşlər keçirib - FOTOLAR

Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazir öz "Twitter" platformasında məlumat verib.

Nazir daha sonra Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb: "Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq", deyə M.Cabbarov qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR