Azərbaycan Premyer Liqasının baş sponsoru məlum oldu

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.

AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR