"Səni biabır edəcəm, yaxşı yerə ilişməmisən" -

Müğənni Aysun İsmayılovaya qarşı dələduzluq edilib.

Metbuat.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib.

O bildirib ki, canlı yayımda istifadə olunan jetonlardan satan bir hesab 120 manatını ələ keçirib:

“TikTokda jeton satan fırıldaq, səni biabır edəcəm. Sən yaxşı yerə ilişməmisən. Söhbət məbləğdən getmir. Dünən bizdən jeton adıyla 120 manat pul alıb, indi nə jeton var, nə də özü. Elə bilirsən səni tapa bilmərik?”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR