Ərdoğanı hədəfə alan çağırış:

Fransanın 102 deputatı Türkiyə əleyhinə bəyanat qəbul edib.

Metbuat.az xəbər verir ki, bəyanatda Türkiyə ordusunun mümkün Suriya əməliyyatlarına qarşı çağırışlar edilib. Sənəddə deyilir ki, “Ərdoğanın müharibə planına” qarşı mövqe ortaya qoyulmalıdır. Sənəddə deputatların PKK terror təşkilatına simpatiyası müşahidə edilir.

Sənəddə deyilir ki, Qərb ölkələri Türkiyə ordusunu dayandırmalıdır. “Kürd müttəfiqlərimizə növbəti dəfə hücum edilməsinə imkan vermərik” deyən siyasətçilər iddia edib ki, Suriyada mümkün hərbi əməliyyatlar regionda gərginliyi artıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR