Yol polisinin qanuni tələbinə əməl etməyən sürücülər saxlanılıb

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobili sürücüləri saxlanılıb.

Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Shacman” markalı, 04-BK-532 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü İsmayılov Emin Mətləb oğlu, “Howo” markalı, 99-LC-492 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Məmmədov Elman Əlican oğlu və “Howo” markalı, 49-BH-452 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Məmmədov Elşən Əliyusif oğlu yükdaşıma qaydalarını pozduqları halda polis əmədaşının saxla əmrinə tabe olmayıblar.

Daha sonra E.Məmmədov E.İsmayılov və E.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR