Putinin Çubaysı zəhərləməsi iddiası ilə bağlı ŞOK DETALLAR -

“Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Avropa klinikalarından birində reanimasiyadadır.

Metbuat.az xəbər verir ki, Rusiyanın beşinci telekanalı məlumatına görə, xəstəxanaya yerləşdirilən Çubaysın palatasına qəribə ziyarətçilər təşrif buyurub. Ziyarətçilər haqqında müfəssəl məlumat verilməyib. Kanal iddia edir ki, Çubays Avropa klinikalarının birindədir ( ehtimal ki, İtaliyada, Sardiniyada), ona Qiyyena-Barre sindromu diaqnozu qoyulub.


Anatoli Çubays

Bu xəstəlik zamanı pasientin əlləri və ayaqları keyiyir, xüsusi ağır hallarda tam iflic və ölüm baş verə bilər. Tanınmış rusiyalı teledoktor Aleksandr Myasnikov qeyd edir ki, Qiyyena-Barre sindromu diaqnozu qoyulan pasientlərdə ölüm halları 3-7 faiz təşkil edir. Pasientlərin təxminən yarısında uzun müddət iflicin fəsadları qeyd edilir.

Myasnikov Telegram-kanalda yazıb ki, xəstənin qəflətən bir neçə periferik sinirləri, çox zaman aşağıdan yuxarıya zədələnir.

O, iddia edir ki, Çubaysın soyadı Nikolay Patruşevin Putinə ötürdüyü siyahıda olub.

Nikolay Patruşev

Bəs Rusiya prezidenti Vladimir Putin keçmiş müşaviri və Rusiyada müasir kapitalist sistemin bünövrəsini qoyanlardan sayılan Anatoliy Çubaysın zəhərlənməsi əmrini verə bilərdimi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu düşünür ki, Putin satqın kimi dəyərləndirdiyi şəxsləri sevmir və onlara qarşı intiqam hissi ilə yaşayır.

“Misal üçün Böyük Britaniyanın Rusiyanın ordu kəşfiyyatındakı xəfiyyəsi Skripal Moskvada həbs olunduqdan sonra ABŞ-dakı bir qrup rusiyalı xəfiyyə ilə dəyişdirildi. Putinlə ABŞ-ın o zamankı prezidenti Barak Obama bununla bağlı razılıq əldə etdilər. Yəni məntiqlə məsələni bitmiş saymaq olardı. O səninkini, sən onunkunu qaytardın. Ancaq Putin Skripalın satqınlığını unutmadı. Kremlin Londona göndərdiyi iki killer Skripalı qızı ilə zəhərlədilər. Litvinenkonu Londonda daha əvvəl zəhərləyib öldürmüşdülər.

Çubays daha önəmli fiqurdur. Rusiyanın birinci prezidenti Boris Yeltsinin sağ əli idi, faktiki iqtisadiyyatın istiqamətini müəyyənləşdirirdi. Yeltsinin Putini varis seçimində Çubaysın da rolu olub. Putin bu yaxşılığı unutmadı və Çubaysın xalq arasında aşağı reytinqinə rəğmən, onu illər uzunu müxtəlif vəzifələrə təyin etdi. Ancaq hiss olunurdu ki, Rusiyada formalaşan avtoritar üsul-idarə liberal düşüncəli Çubaysı narahat edirdi. Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlaması vəzifələrindən imtina edən Çubaysı vətənini gizli şəkildə tərk etməsinə səbəb oldu. Ancaq Çubays anlamamış deyildi ki, keçmiş xəfiyyə Putin ondan əl çəkən deyil. Çünki, Çubays Putinin məntiqinə görə “satqın” olmaqla bərabər Kremlin xeyli sirrini bilir. Ona görə də Litvinenkonu, Skripalı, Navalnını zəhərləməyə qərar verən düşüncə tərzi Çubaysı da ortadan götürmək əmrini verə bilərdi. Çubays bunu bildiyindən xarici ölkələrdə görünməyəyə çalışır, açıqlama və müsahibələr vermirdi. Ancaq bu da onu sığortalamadı”.


Qeyd edək ki, Çubays xüsusilə 1990-cı illərin əvvəllərində Boris Yeltsin administrasiyasının nüfuzlu üzvü kimi diqqəti cəlb etmişdi. Rusiyada özəlləşdirmələrə rəhbərlik edən Çubays uzun müddət Putinin müttəfiqi olub.

Çubays fevralın 24-də Ukraynanın işğalından sonra istefa verən yüksək vəzifəli şəxslərdən biri idi. Mart ayında tutduğu vəzifədən istefa verdiyini açıqlayan Çubaysın Rusiyanı tərk etdiyi məlum idi.

Kremldəki mənbəyə əsaslanan xəbərə görə, bürokratiyada çox güclü fiqur kimi önə çıxan Patruşev zəhərlənib. Adını açıqlamayan mənbə Patruşevin "sintetik zəhərdən təsirləndiyini" bildirib və onun xəstəxanaya yerləşdirildiyi barədə məlumat paylaşıb. Sui-qəsdlə bağlı dəqiq vaxt açıqlamayan mənbə bildirib ki, Patruşev sui-qəsddən sağ çıxıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR