"Təbrizin sehirli nağılları" Təbrizdə trend oldu -

Xəbər verdiyimiz kimi, İsrailin Azərbaycandakı səfiri Corc Dikin "Təbrizin sehirli nağılları" kitabı ilə bağlı paylaşımı nəinki Azərbaycanda, hətta Təbrizdə də trendə çevrilib.

Metbuat.az xəbər verir ki, artıq Təbriz küçələrində də kitabla bağlı məlumatlar paylaşılıb. Həmçinin paylaşılan elanlarda "Bizə Corc Dikin dəstək verdiyi kimi dəstək göstərin" qeyd olunub.

Xatırladaq ki, səfirin bu paylaşımından sonra iranlı həmkarı Abbas Musəvi onu ölümlə təhdid edib.

Həmçinin oxuya bilərsiniz: İsrail səfirinin paylaşımı iranlı həmkarını niyə narahat etdi? - ŞƏRH

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR