Dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi artıb

Bu ilin yanvar-iyun ayları üzrə dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində müsbət artım tendensiyası müşahidə olunub. “Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları əməliyyatları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə ortalama 38% artım edib.

Metbuat.az-a səhmdar cəmiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, ən çox artım tranzit daşımalarında (48%) qeydə alınıb.

Tranzit rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 2 dəfədən çox (192%), qida məhsullarında 80%, sənaye məhsullarında 2 dəfəyədək artım müşahidə olunub.

İxrac rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 56% azalıb, mineral tikinti materiallarının daşınmasında 94%, kimyəvi məhsulların daşınmasında 77%, kimya sənayesi məhsulları üzrə isə 3 dəfəyədək artım mövcuddur.

Daxili daşınmalar üzrə yanacaq və energetika məhsullar üzrə 94%, mineral xammal məmulatları və mineral tikinti materialları daşınmasında 37%, sənaye və metallurgiya məhsulları üzrə isə 2 dəfəyədək artım mövcuddur.

İdxal rejimi üzrə ümumi yükdaşıma həcmində kəskin daşınma fərqləri mövcud olmamasına baxmayaraq yanacaq və energetika məhsullarının daşınmasında 4 dəfədən çox artım müşahidə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR