Pakistan ordusunun general-leytenantı həlak oldu

Pakistanda ötən gün radardan itən helikopterin qəzaya uğradığı məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə zamanı ordunun 6 nümayəndəsi həlak olub. Onların arasında general-leytenant Sarfaraz Ali də var. Məlumata görə, hərbçilər Bəlucistan əyalətindəki sel səbəbilə başlayan yardım fəaliyyətini yoxlamaq üçün əraziyə gedib. Onlar geri qayıdarkən helikopter radardan itib. Hadisənin səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR