SOCAR-ın prezidenti “Yüksəliş” müsabiqəsində qalib olmuş əməkdaşlarla görüşüb

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsində qalib olmuş şirkət əməkdaşları ilə görüşüb.

Metbuat.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə R.Nəcəf bu layihənin Prezident İlham Əliyevin uğurlu kadr islahatlarının mühüm istiqamətlərindən biri olduğunu söyləyib.

O, bildirib ki, bu müsabiqə liderlik keyfiyyətlərinə və yüksək səviyyəli idarəetmə bacarığına malik perspektivli gənc liderlər üçün parlaq karyera başlanğıcı ola bilər.

SOCAR əməkdaşlarının çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan müsabiqənin qalibləri sırasında olmasının şirkət üçün əlamətdar hadisə olduğunu söyləyən şirkət prezidenti qaliblərə peşəkar inkişaf yolunda uğurlar diləyib, qalib əməkdaşlara fəxri fərman təqdim edib.

Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR