Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

11:52 19 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 11:48 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 4 ədəd mobil telefon aparatı, 1 ədəd danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR