ABŞ rədd etdi:

Rusiya ordusu ABŞ istehsalı olan 6 HİMARS raket sistemini və onun 200-dən çox mərmisini məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Şoyqu Qərb ölkələrinin Ukraynaya silah göndərməsini sərt tənqid edib. O bildirib ki, nəzarətsiz qalan silahlar bəzi qrupların nəzarətinə keçir. Şoyqu bu halın regionun təhlükəsizliyi üçün təhdid olduğunu ifadə edib.

ABŞ tərəfi isə Rusiyanın HİMARS raket sistemini vurması barədə iddiaları təkzib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR