Yol Polisi radarlara çatanda sürəti azaldanlara MÜRACİƏT ETDİ -

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Metbuat.az həmin müraciəti təqdim edir:

“İdarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb daha sonra yenidən sürət rejiminə əməl etməməklə, siz öz həyatınızı riskə atmış olursunuz.

Bildirilib ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək ağır qəza ehtimalının və ölümlə nəticələnən qəza hallarının artmasına səbəb olur. Məsələn orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4 faiz, ciddi xəsarətləri isə 3 faiz artırır.

Gəlin yol-hərəkəti qaydalarına riayət etməklə özümüzün və digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verək”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR