Bu il Azərbaycanda nə qədər qız övladı doğulub? -

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 29179 körpə doğulub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-ın soruğusuna cavab olaraq bildirildi ki, bu rəqəm Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,8 təşkil edib. Doğulanlar arasında cins nisbəti oğlanlarda 53,1 faiz, qızlarda isə 46,9 faiz olub.

Körpələrdən 902-si əkiz, 42-si isə üçəm doğulanlardır.

Həmçinin oxuya bilərsiniz: "Həyat yoldaşım oğlan istəyir, ona görə mütləq oğlum olmalıdır" - XXI əsrin selektiv abort bəlası

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR