Dünən şəhid olan Anar hərbi xidmətə belə yola salınmışdı -

Sosial şəbəkələrdə dünən Laçında şəhid olan əsgər Anar Kazımovla görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, videoda Anarın hərbi xidmətə yola salınması münasibətilə təşkil edilən məclisdə dostları ilə rəqsi var.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Anar Kazımov 4 ayın əsgəri olub. 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR