Bu il nəticəsi ləğv edilən abituriyentlərin sayı açıqlanıb

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ümumilikdə 49 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Metbuat.az DİM-ə istinadən xəbər verir ki, onlardan 28-i II və III, 21-i isə I və IV ixtisas qrupu üzrə imtahan verənlər olub.

İmtahan nəticəsi ləğv olunan 25 abituriyent qəbul imtahanlarının I cəhdi, 24-ü isə II cəhdində iştirak edərək qaydaları pozub.

Qeyd edək ki, DİM-in elan etdiyi qaydalara əsasən II cəhd imtahanlarında qayda pozan abituriyentin I cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR